İngilis dilində Yes/No questions adlanan sual cümlələri adından da göründüyü kimi, cavab kimi Hə/Yox tipli konkret cavab tələb edir. Gəlin bir neçə misala baxaq.
- Is he a student?
- Do you have a pencil? – Yes.
- Does she play guitar? – No.
- Did he love me?- May be.
To be, Can, May kimi yalnız köməkçi feillər istifadə olunan cümlələrə yes/no tipli suallar vermək çox sadədir. Bunun üçün nəqli cümlədəki feil və isimin yerini dəyişmək lazımdır.
You are a lawyer. – Are you a lawyer?
You can swim. –Can you swim?
I may come to the party. – May I come to the party?
Cümlədə bu feillər iştirak etmədikdə və yalnız əsasə feil iştirak etdikdə o zaman sual cümləsi Do/Does, keçmiş zamanda isə Did köməkçi feili vasitəsilə düzəlir.
- You love cheese. – Do you love cheese?
- She writes her homework.-Does she write her homework.
- I finished my workout for today.- Did you finish your workout for today?
Onu da yadda saxlayın ki, sual cümlələrində feil heç vaxt nə zaman nə də şəxs şəkilçisi qəbul edir.
Does she hears you?
Did you listened this song?