İngilis dilində Wh questions və ya information questions adlanan sual cümlələri , cavab kimi Hə/Yox tipli sual cümlələrindən fərqli olaraq konkret cavab yox, informasiya tələb edir. Gəlin bir neçə misala baxaq.
- Who is he?- He is an engineer
- Where are you from? – I am from Azerbaijan.
- Which instrument does she play? – She plays Guitar
- How old are you?- I am 14.
Wh suallarında ən birinci yerdə həmişə, where, what, who, when,why, which, how sual sözlərindən biri gəlir. Daha sonra isə ya köməkçi feil (do/does/did), sual mübtədaya verildikdə isə birbaşa əsas feil gəlir. Gəlin ən birinci mübtədaya sual verilən hallara baxaq.
Jane loves drawing. – Who loves drawing?
He is a student. –Who is a student?
They are experts. – Who is a expert?/ Who are the experts?
İndi isə gəlin, digər üzvlərə verilən suallara baxaq. Yuxarıda qeyd olunduğu kimi bu zama Wh+köməkçi feil+ digər üzvlər kombinasiyasından istifadə olunur. Müqayisə üçün aşağıda birinci nəqli, ikinci yes/no, üçüncü isə Wh sual cümləsi göstərilmişdir.
- You live in the city. – Do you love cheese? – Where do you live?
- She writes her new book.–Does she write her new book? – What does she write?
- I finished my coursework today.– Did you finish your workout today? – When did you finish your coursework?
Bir daha xatırladaq ki, sual cümlələrində feil heç vaxt nə zaman nə də şəxs şəkilçisi qəbul edir.
Why do she sleeps so early?
What did you listened yesterday?