Sifətin müqayisə dərəcələri

İstifadəsi

İki obyekti müqayisə etmək üçün sifətin müqayisə dərəcəsindən istifadə olunur.
  • He runs faster than me – O məndən daha tez qaçır. (müqayisə dərəcəsi)
  •  You are the best painter that I have ever meet. -Sən mənim gördüyüm ən yaxşı rəssamsan. (qüvvətləndirmə dərəcəsi)

Düzəldilməsi

Sifətin müqayisə dərəcəsi qaydalı və qaydasız olmaqla iki cürə düzəlir. Əvvəlcə qaydalı müqayisə dərəsinə baxaq.

Qaydalı müqayisə dərəcəsi də iki cürə düzəlir.

  1.    Əgər söz bir və iki hecalıdırsa o zaman müqayisə dərəcəsində sözün sonuna -er, qüvvətləndirmə dərəcəsinə -est əlavə olunur.
# Adi Müqayisə Qüvvətləndirmə
1 large larger the largest
2 fast faster the fastest
3 high higher the highest

2. Əgər sifət 3 və daha çox hecalıdırsa, o zaman müqayisə dərəcəsində more, qüvvətləndirmə dərəcəsində isə most sözündən istifadə olunur, sifət özü isə dəyişmir.

# Adi Müqayisə Qüvvətləndirmə
1 important more important the most important
2 beautiful more beautiful the most beautiful
3 expensive more expensive the most expensive

3. Müqayisə dərəcəsi yuxarıdakılar kimi deyil, qaydasız düzələn sifətlər isə aşağıdakılardır. Onların düzəlmə qaydasını əzbərləmək lazımdır.

# Adi Müqayisə Qüvvətləndirmə
1 good better the best
2 bad worse the worst
3 many/much more the most
4 little less the least
5 far further / farther the furthest / farthest