Present continuous

İstifadəsi

  1. Hal hazırda icrası davam edən hərəkətləri bildirmək üçün
    • John is sleeping
    • They are playing soccer now
  2. Hərəkət bu anda davam etməsə də, hal hazırdakı müvəqqəti situasiyaları göstərmək üçün
    • Julie is reading an interesting book.
    • I am working as a waitress.
    • I work as a waitress (present simple) və I am working as a waitress (present continuous) cümlələrinin hər ikisi Azərbaycan dilinə “Mən ofisiant işləyirəm” kimi tərcümə olunur. Lakin cümlə present continuous da olduqda bu situasiyanın müvəqqətiliniyi bildirir, present simple da olduqda isə bunun daimi iş yeri olduğu anlaşılır.

  3. Gələcək zamanı bildirmək üçün
    Gələcəkdə baş verəcək əvvəlcədən planlaşdırılmış hərəkətləri bildirmək üçün indiki davam edici zamandan istifadə edilir.

    • We are going to holiday next month.
    • I am speaking in a ceremony tomorrow.
  4. Tez -tez baş verən Vərdişləri bildirmək üçün
    İndiki davam edici zamanda müvəqqəti olan və ya yeni qazanılmış vərdişləri ifadə etmək üçün istifadə olunur. Normal vərdişlər üçün indiki sadə zaman istifadə olunmalıdır.

    • He is running a lot in these days.
    • Sophia is coming late to the classes.
    • (Əvvəl belə hərəkətlər az baş verib)

Düzəldilməsi

  1. Nəqli cümlə
    am/is/are+ verb+ ing
    I am working in the office.
    He is sleeping at home.
  2. Sual cümləsi
    Sual cümləsini düzəltmək üçün To be feili cümlənin əvvəlinə keçir, mübtəda isə ondan sonra gəlir.
    He is working in the office- Is he working in the office?
    You are playing tennis- Are you playing tennis?
  3. İnkarın düzəldilməsi
    İnkarın düzəldilməsi üçün to be dən sonra not inkar sözü əlavə olunur.
    He works in the office- He is not working in the office.
    You are playing tennis- You are not playing tennis.

Çalışmalar