Bir dili öyrənməyə başlamamışdan qabaq yəqin ki, niyə öyrənək sualını özümüzə veririk hamımız. Söhbət ingilis dilindən gedirsə bu sualın cavabı bir qədər sadələşir. Azərbaycanda da istər universitetlərdə müəyyən fakültələr tədris dilini ingilis dilində elan edib, həmçinin şirkətlərdə bu dili bilən namizədlərə daha çox üstünlük verirlər.
Ingilis dili ölkələrin rəsmi dili kimi
İngilis dili 31 ölkədə yeganə rəsmi dil kimi işlənir. Bundan əlavə rəsmi dillərinin sayı iki və daha artıq olan 30 dan çox ölkənin də rəsmi dilləri arasında var.
İngilis dili informasiyanın dilidir
Statistik məlumatlara görə internetdə olan yazılı məlumatların 80 faizə qədəri məhz ingilis dilindədir.
Söz sayı
Söz sayına görə ingilis dili dünyanın ən zəngin dilləri sırası ilk yerlərdədir. Hər il təxminən 4000 yeni söz bu dilə əlavə olunur.
Ən çox işlənən söz
İngilis dilində ən çox işlənən sözlər I və you sözləridir. Ən çox işlənən hərf isə E hərfidir.
Dialektrlər
Amerikada ingilis dilinin 24 dialekti mövcuddur.