IELTS nədir?

IELTS imtahanı həm xaricdə ingilis dilində təhsil almaq istəyən həm də işləmək istəyənlərin verdiyi bir imtahandır. Bu yazıda Sizə bu imtahan haqqında ümumi məlumat verəcəyik.

IELTS imtahanları iki növdə olur: IELTS Academic və IELTS General. IELTS Academic imtahanını xaricdə təhsil almaq istəyənlər, IELTS general imtahanını isə xarici ölkələrə immiqrasiya etmək üçün verirlər. Məsələn Kanadaya işləməyə getmək istəyirsinizsə siz IELTS General, yox oxumağa gedirsinizsə IELTS Academic imtahanını verməlisiniz.

IELTS bölmələri

IELTS imtahanında 4 bölmə üzrə imtahan olur: Reading -Oxuma,Listening -Dinləmə, Writing-Yazma, Speaking- Danışma.

IELTS kağız yoxsa kompyuterdə?

İmtahan kompyuterdə deyil kağız üzərində olur. Danışıq bölməsində isə real müəllim sizdən imtahan götürür.

IELTS imtahanının nəticələri

IELTS imtahanı 4 bölmənin hər biri üzrə 0-9 bal arasında qiymətləndirilir. Həmçinin bu bölmələrin orta qiyməti də tapılır. Orta qiyməti tapmaq üçün hər bir bölmə üzrə ballar cəmlənərək 4-ə bölünür. Universitetlərin hansı balı tələb etməsi universitetdən, fakültədən asılıdır.

IELTS imtahanının qiyməti

IELTS imtahanının qiyməti hər zaman dəyişkən olur. 2018 -ci il bu imtahanın Azərbacanda keçirilmə qiyməti 300 manatdır. İmtahanın qiymətini və keçiriləcək yer haqqında Siz https://www.ielts.org/book-a-test/find-a-test-location veb saytından Azərbaycanı seçərək daha dəqiq məlumat ala bilərsiniz.