Qaydasız feillər -İrregular verbs

İngilis dilində, feillərin qaydalı və qaydasız növləri vardır. Qaydalı feilləin keçmiş zamanı (simple past) və past particle forması feilin sonunan d, -ed şəkilçilərindən birini artırmaqla düzəlir. (Məsələn: I work, I worked)

Qaydasız feillərin isə həm past simple həm də past particle forması xüsusi qaydada düzəlir və hər bir qaydasız feil üçün bu formaları əzbərləmək lazımdır.

Aşağıdakı çalışmada 30 qaydasız feil göstərilmişdir, flashcardın arxa tərəfində əvvəcə feilin past simple daha sonra isə part particle formasıdır.

Present Perfect

İstifadəsi

  1. Keçmişdə baş vermiş, dəqiq vaxtı bilinməyən hallarda
    • I have listened that music hundred times.
    • There have been many earthquakes in my country.
  2. Keçmişdə baş verən, indi də davam etməkdə olan hərəkətlər
    • I have had a cold for two weeks.
    • Martina has been in Germany for six months.
  3. Keçmişdə baş verən, nəticəsi indi də davam edən hərəkətlər
    • I have lost my key
    • I have studied in Bachelor.

Düzəldilməsi

  1. Nəqli cümlə
    have/has+ past particle.
    Feilin past particle forması feil qaydalı olduqda sonuna ed şəkilçisi artırılaraq düzəlir. Feil qaydasız olduqda isə past particle forması xüsusi formada düzəlir. Belə qaydasız feillərin past particle formasını əzbərləmək lazımdır
    I have finished my work.
    She has cooked dinner.
    We have spent three years in Belgium.

    Yuxarıdakı cümlədə spent feili spend-in past particle formasıdır.

  2. Sual cümləsi
    Sual cümləsini düzəltmək üçün Have cümlənin əvvəlinə keçir, mübtəda isə ondan sonra gəlir.
    Has she cooked dinner?
    Have you spent three years in Belgium?
  3. İnkarın düzəldilməsi
    İnkarın düzəldilməsi üçün have/has- dən sonra not inkar sözü əlavə olunur.
    I have not finished my work.
    She hasn’t cooked dinner.

Çalışmalar




Present continuous

İstifadəsi

  1. Hal hazırda icrası davam edən hərəkətləri bildirmək üçün
    • John is sleeping
    • They are playing soccer now
  2. Hərəkət bu anda davam etməsə də, hal hazırdakı müvəqqəti situasiyaları göstərmək üçün
    • Julie is reading an interesting book.
    • I am working as a waitress.
    • I work as a waitress (present simple) və I am working as a waitress (present continuous) cümlələrinin hər ikisi Azərbaycan dilinə “Mən ofisiant işləyirəm” kimi tərcümə olunur. Lakin cümlə present continuous da olduqda bu situasiyanın müvəqqətiliniyi bildirir, present simple da olduqda isə bunun daimi iş yeri olduğu anlaşılır.

  3. Gələcək zamanı bildirmək üçün
    Gələcəkdə baş verəcək əvvəlcədən planlaşdırılmış hərəkətləri bildirmək üçün indiki davam edici zamandan istifadə edilir.

    • We are going to holiday next month.
    • I am speaking in a ceremony tomorrow.
  4. Tez -tez baş verən Vərdişləri bildirmək üçün
    İndiki davam edici zamanda müvəqqəti olan və ya yeni qazanılmış vərdişləri ifadə etmək üçün istifadə olunur. Normal vərdişlər üçün indiki sadə zaman istifadə olunmalıdır.

    • He is running a lot in these days.
    • Sophia is coming late to the classes.
    • (Əvvəl belə hərəkətlər az baş verib)

Düzəldilməsi

  1. Nəqli cümlə
    am/is/are+ verb+ ing
    I am working in the office.
    He is sleeping at home.
  2. Sual cümləsi
    Sual cümləsini düzəltmək üçün To be feili cümlənin əvvəlinə keçir, mübtəda isə ondan sonra gəlir.
    He is working in the office- Is he working in the office?
    You are playing tennis- Are you playing tennis?
  3. İnkarın düzəldilməsi
    İnkarın düzəldilməsi üçün to be dən sonra not inkar sözü əlavə olunur.
    He works in the office- He is not working in the office.
    You are playing tennis- You are not playing tennis.

Çalışmalar




Present simple

İstifadəsi

  1. Təkrarlanan və ya daim baş verən hərkətlər üçün (hobbi, gündəlik baş verən hərəkətlər)
    • I speak English
    • I play soccer
  2. Faktları, məlum həqiqətləri bildirmək üçün
    • Dogs like meat.
    • Baku is a capital of Azerbaijan.
  3. Cədvəlləşdirilmiş hərəkətləri bildirmək üçün
    • Our bus leaves the station in one hour.
    • Birthday part starts this afternoon.

Düzəldilməsi

  1. Nəqli cümlə
    Verb+ s/es in third person singular.
    İndiki sadə zamanın nəqli forması əsas feil vasitəsilə düzəlir, üçüncü şəxsin təkində s/es şəkilçisi artırılır.
    I work in the office.
    He works in the office.
  2. Sual cümləsi
    Sual cümləsini düzəltmək üçün Do/Does köməkçi feili cümlənin əvvəlinə keçir, digər üzvlər isə nəqli cümədə olan sırasında qalır. Əsas feildə heç vaxt s/es şəkilçisi olmur.
    He works in the office- Does he work in the office?
    You play tennis- Do you play tennis?
  3. İnkarın düzəldilməsi
    İnkarın düzəldilməsi üçün əsas feilin əvvəlinə don’t/doesn’t əlavə olunur. Feildəki s/es şəkilçiləri varsa düşür.
    He works in the office- He doesn’t work in the office.
    You play tennis- You don’t play tennis.

Çalışmalar




Past simple

Keçmiş sadə zaman

İstifadəsi

  • Keçmişdə baş vermiş hərəkətləri bildirmək üçün istifadə edilir.
    • I loved to listen to that artist’s songs back in the day.
    • Caleb finished his work yesterday.

Düzəldilməsi

Subject + past form of the verb I’m / he’s / she’s / it’s / we’re / you’re / they’re + past form of the verb

Feilin keçmiş zaman formasını düəltmək üçün onun sonluğuna -d və ya -ed şəkilçisi artırılmalıdır. Lakin bəzi feillərin keçmiş zaman forması özünəməxsus formada düzəldilir. Belə feillər qaydasız feillər adlanır və onların siyahısını və keçmiş zaman formasını öyrənmək lazımdır.

  • Emma ran (run)around the track earlier today.
  • The bird flew (fly) back to its nest.

Çalışmalar