Sıra sayları

Sıra saylarına ingilis dilində Ordinal numbers deyirlər. Sıra saylarını düzətmək üçün necə ki, azərbayacan dilində miqdar sayının sonuna -cı/ci/cu/cü şəkilçisi artırılır (birinci, ikinci, onuncu və s.) eləcə də ingilis dilində miqdar saylarının sonuna th şəkilçisi artırılır.

İstisna olaraq ilk üç sıra sayı birinci- first, ikinci-second üçüncü-third şəklində fərqli düzəlir. Bundan başqa əgər miqdar sayının sonunda e saiti varsa, o düşür. Məsələn doqquzuncu nineth deyil, ninth olur. Aşağıdakı cədvəldə ilk 10 sıra sayı göstərilmişdir.

Rəqəmlə Sözlə
1th first
2nd second
3rd third
4th fourth
5th fifth
6th sixth
7th seventh
8th eighth
9th ninth
10th tenth

Növbəti 5 sıra sayını aşağıdakı çalışmada özünüz düzəldin.