Mücərrəd və konkret isimlər

Azərbaycan dilindəki kimi ingilis dilində də mücərrəd (abstract nouns) və konkret(concret nouns) isimlər var.

Abstract nouns

mücərrəd isimlərə (gözlə görmək olmayan) misal kimi aşağıdakıları göstərmək olar.

beauty, calm, envy, humility, hatred and etc.

Concrete nouns

Konkret isimlərə, əllə tutulan, gözlə görülən isimləri göstərmək olar.

student, book, desk. və s.

 




Topluluq bildirən isimlər

Əvvəlki dərsimizdə biz, isimlərin cəmlənmə forması haqqında danışdıq. Elə isimlər var ki, onlar həmişə cəm bildirir. Belə isimlərə ingilis dilində collective nouns deyirlər.

Məsələn:

  • The army prepares to attack.
  • The class listens to the teacher.
  • She gave him a bunch of apples.

Gördüyünüz kimi toplu isimlər özləri cəm halda olmasına baxmayaraq özündən sonra felin tək olmasını tələb edir.

Tək və cəm isimlər

İngilis dilində isimlərin iki cür cəmlənmə qaydası var:

  1.  Qaydalı cəmlənmə.

Belə cəmlənmə zamanı ismin sonuna s və ya es artırılır:

Məsələn:

  • snake- snakes
  • dog – dogs
  • desk-desks
  • box-boxes
  • kiss-kisses

2.  Qaydasız cəmlənmə. Belə isimlərin cəmlənməsi üçün heç bir qayda yoxdur və onları əzbərləmək lazımdır.

fish fish
sheep sheep
barracks barracks
foot feet
tooth teeth
goose geese
tooth teeth
child children
man men
woman women
person people
mouse mice

 

Aşağıdakı çalışmaları həll edin: